14 oktyabr 2015 14:30

Qara Qarayev: Yorğunluq Sofiyadakı məğlubiyyətin yeganə səbəbi deyil

Azərbaycan yığmasının yarımmüdafiəçisi Qara Qarayev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı səfər oyunundan (0:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Robert Prosineçki oyundan sonrakı mətbuat konfransında bildirdi ki, millimiz onun rəhbərliyi altında ən zəif matçını keçirdi...
- Onunla razıyam. Matçın əvvəlində elə təəssürat yaranırdı ki, sanki biz bütün gücümüzü İtaliya ilə əvvəlki oyunda qoymuşuq. Bu görüşə hazırlaşmışdıq. Amma bunun üçün vaxtımız az idi. Bolqarıstanla görüşün səfərdə keçirilməsi də əlavə çətinlik yaradırdı.

- Deməli, siz bu uğursuzluğu yorğunluqla əlaqələndirirsiniz? Amma kənardan komanda çox istəksiz görünürdü...
- Yorğun olanda bütün bacarığını nümayiş etdirmək çətinləşir. İstəsən də belə, alınmır. Amma yorğunluq yeganə səbəb deyil. Biz bu dəfə də xeyli səhvə yol verdik. Əks-hücumlar qura bilmədik.

- Meydanda çox sərt mübarizə gedirdi və hərdən bu, kobudluğa keçirdi...
- Hərdən nəyəsə nail ola bilməyəndə əsəbləşirsən. Amma təbii ki, meydanda aqressiyaya yol vermək lazım deyil.

- Bu sual sizə əbəs yerə verilmədi. Çünki siz bu baxımdan yığmamızda ən fəallardan idiniz. Sizin bəzi hərəkətləriniz qaydalar çərçivəsindən kənara çıxırdı və bu, qırmızı vərəqə ilə də nəticələ bilərdi.
- Özümə haqq qazandıra bilərəm (gülür)?

- Buyurun...
- Rəqib bizim futbolçuları çox tez-tez təxribata çəkirdi. Bolqarlar meydanda çox danışırdılar. Hakimdən mənə vərəqə verməyi tələb edirdilər. Baxmayaraq ki, mən o dərəcədə kobudluq etməmişdim. Hesabda geridə olarkən belə hərəkətlər adama təsir edir.

- Ötən tsikldə yığmamız 9 xal topladı, qrup dördüncüsü oldu. Amma bu mövsüm 6 xalla 5-ci yer. Bu, uğursuzluq sayıla bilər?
- Tsiklin əvvəlini çox uğursuz keçirməsəydik, ardıcıl dörd oyunda uduzmasaydıq, hər şey fərqli alına bilərdi. Belə olan halda ötən tsikldəki rekordumuzu yeniləyə də bilərdik. Məsələn, öz meydanımızda Bolqarıstan və Norveçə qalib gəlməliydik.

- Növbəti seçmə mərhələdə nəticə daha yaxşı ola bilər?
- Komandamız indi daha təcrübəlidir. Qeyri-sabitliyə son qoya bilsək, nəticələrimizin yaxşılaşması mümkündür. Çətin qrupa düşmüşük. Amma tsiklin əvvəlində vacib xallar itirməsək, böyük uğura imza ata bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.