14 oktyabr 2015 22:45

Qarabağ, İnter və Neftçinin kubokdakı rəqibləri müəyyənləşdi

Bu gün Azərbaycan Kubokunda yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, 1/16 final mərhələsində birinci divizion klubları bir-biri ilə üz-üzə gəlib.

"Şahdağ" doğma meydanda "Şəmkir"lə qarşılaşıb. Matç şəmkirlilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə, bu komanda 1/8 finala qazanıb. Növbəti mərhələdə "Şəmkir"i "Qarabağ"la duel gözləyir.

MOİK “Turan Tovuz”la üz-üzə gəlib. Bakıda baş tutan qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib. Bu üzdən də əlavə vaxt təyin olunub. Məhz əlavə vaxtda daha bir qol vuran tovuzlular növbəti mərhələyə vəsiqə qazanıblar. Hansı ki, 1/8 finalda bu komandanı "İnter"lə duel gözləyir.

“Şərurspor” isə “Qaradağ Lökbatan”ı qəbul edib. Bol qollu qarşılaşmada qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda da üstünlük əldə olunmadığından, qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən lökbatanlılar növbəti mərhələyə çıxıblar. 1/8 finalda bu komanda "Neftçi" ilə üz-üzə gələcək.

Azərbaycan Kuboku
1/16 final

14 oktyabr

MOİK – “Turan Tovuz” - 1:2 (0:0)
Qollar: Vüsal Qarayev, 53 (0:1). Rafael Qəvami, 63 (1:1). Tuqay Alhüseynli, 110 (1:2).
Qırmızı vərəqə: Qüvvət Əmrahov, 49 ("Turan Tovuz").
Hakimlər: Əmrah İbrahimov, Rahil Ramazanov, Vüsal Qənbərov, Alik Yunusov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
Bu cütün qalibi 1/8 finalda "İnter"lə qarşılaşacaq.

“Şahdağ” – “Şəmkir” - 1:3 (0:1)
Qollar: Bəhruz Teymurov, 34 (0:1). Əziz Hüseynov, 68 (0:2). Bəhruz Teymurov, 87 (0:2). İlqar Səmədov, 89 (1:3).
Hakimlər: Ömər Paşayev, Coşqun Həsənov, Kamran Bayramov, Elgün Hüseynov.
Şövkət Orduxanov adına Qusar şəhər stadionu.
Bu cütün qalibi 1/8 finalda "Qarabağ"la qarşılaşacaq.

“Şərurspor” – “Qaradağ Lökbatan” - 3:3 (penaltilər - 4:5)
Qollar: Sabir Allahquliyev, 9 (0:1). Rəhman Musayev, 22 (1:1). Sabir Allahquliyev, 58 (1:2). Rəhman Musayev, 86 (2:2). Rüfət Məmmədov, 101 (2:3). Fariz Nəcəfov, 105+1 (3:3).
Hakimlər: Anar Niyazov, Yaşar Abbasov, Şakir Quliyev, Qorxmaz Eldarov
Bakı. “Bayıl Arena”.
Bu cütün qalibi 1/8 finalda "Neftçi" ilə qarşılaşacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.