14 oktyabr 2015 11:45

Rəşad Sadıqov: Moldova ilə oyuna qədər qərarımı verəcəyəm

Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçirilmiş səfər oyunundan (0:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Matçla bağlı fikirlərinizi bilmək istərdik...
- Birinci hissədə hər şey istədiyimiz kimi alınmadı. Oyuna çox passiv başladıq. Standart vəziyyətdən sonra buraxdığımız qol vəziyyətimizi daha da çətinləşdirdi. Fasilədə baş məşqçi daha fəal olmağı tapşırdı. Amma ikinci hissədə də qol buraxandan sonra nəsə etmək çətin idi.

- İkinci hissədə yaxşı oynadığınız halda yenə heç nə edə bilmədiniz. Niyə?
- 90 dəqiqə ərzində ikinci hissədəki kimi çıxış etsəydik, o zaman nəyəsə nail ola bilərdik.

- Amma komandamız sanki bu görüşdə çox ürəksiz oynayırdı...
- Xeyr, biz ürəksiz oynamırdıq. Mümkündür ki, müəyyən yorğunluq varidi. Amma müsbət nəticə qazanmaq üçün çalışırdıq. Sadəcə, həmişə istədiyinə nail ola bilmirsən.

- Yığmamızın bütövlükdə bu seçmə mərhələdəki çıxışı ilə bağlı nə düşünürsünüz?
- Biz tsiklə çox pis başlamışdıq. Robert Prosineçkinin gəlişindən sonra oyunumuzda, nəticələrimizdə dəyişiklik oldu. Son iki oyunda da ən azı bir xal qazana bilərdik. Amma alınmadı.

- Yığmadakı karyeranızla bağlı hansısa qərara gəlməmisiniz?
- Buna dair qərar vermək üçün hələ düşünmək vaxtım var. Moldova ilə qarşıdakı yoxlama matçına qədər qərarımı verəcəyəm.

- Oynamaq arzunuz var?
- Əlbəttə. Amma vəziyyəti düzgün qiymətləndirmək lazımdır. Axı bu, yığma komandadır. Millidə oynamağa layiq olmalısan. Yığmada oynamaq böyük şərəfdir. Mən hər şeyi düşünəndən, gücümü qiymətləndirəndən sonra yekun qərarımı verəcəyəm. Mənə ehtiyac olduğunu hiss edirəm. Çünki çıxış etdiyim mövqedə elə də böyük seçim yoxdur. Baş məşqçinin də qeyd etdiyi kimi, millidə oynamağa üç namizəd var. Prosineçki ilə də söhbətim olacaq.

- Ruslan Abışovla tandeminizi necə şərh edərdiniz?
- Pis deyildi. Biz ilk dəfə 90 dəqiqə bu mövqedə tandem təşkil etdik. Səhv etmirəmsə, sonuncu dəfə Berti Foqtsun dövründə bir hissə belə oynamışdıq. Onda elə də uğurlu alınmamışdı. Bu dəfə isə bir qədər uğurlu alındı. Sadəcə, "ikinci mərtəbədə" yaxşı çıxış edə bilmədik. Rəqibə başqa şans vermədik. Qolları da məhz "ikinci mərtəbədə"ki zəif oyunumuz nəticəsində buraxdıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.