Vaqif Sadıqov: İnanıram ki, yığmamız bizi məyus etməyəcək
AFFA-nın Məşqçilər Komitəsinin rəhbəri Vaqif Sadıqov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Bolqarıstan - Azərbaycan matçı ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Nəticədən asılı olmayaraq, mən yığmadan həmişə baxımlı futbol gözləmişəm. Məsələn, Malta ilə səfər oyununda biz heç-heçə etdik, amma oyun millimizin potensialını göstərdi. İtaliya ilə oyunda isə bizdə sadəcə, ustalıq çatışmırdı. Sofiyadakı görüş yığmamız üçün bu tsikldə sonunc oyun olacaq. Fikrimcə, millimiz üçün kifayət qədər motivasiya var. Azərbaycan yığması bir pillə irəliləyə bilər. Həm də son oyunlar həmişə azarkeşlərin yadında qalır. Robert Prosineçkinin başladığı uğurlu yolçuluğun davam etməsi çox xoş olardı. Bolqarıstana qalib gəlsək, gələcək planlarımızı daha yaxşı ab-havada qura bilərik. Yığmamızda potensial var. İnanıram ki, bizi məyus etməyəcəklər".
