13 oktyabr 2015 20:00
Rəşad Sadiqov: Diqqətli və soyuqqanlı oynamalıyıq
Azərbaycan yığmasının yarımmüdafiəçisi Rəşad Sadiqov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
"Aydın məsələdir ki, çətin oyun olacaq. Amma biz elə etməliyik ki, evə 3 xalla qayıdaq. Bolqarıstanla görüşdə əsas diqqətli və soyyuqanlı çıxış etməkdir. Hücumlarımızı məntiqi sonluqla başa çatdıra bilsək, uğura ümid edə bilərik".
