13 oktyabr 2015 19:30
Qara Qarayev: Uduzmasaq, azarkeşlər üçün böyük hədiyyə olacaq
Azərbaycan yığmasının yarımmüdafiəçisi Qara Qarayev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi ağır oyun gözləyir. Özü də İtaliya ilə ağır oyundan cəmi üç gün sonra növbəti matça çıxmalıyıq. Sofiyadan yaxşı nəticə ilə qayıtmağa çalışacağıq. Uduzmamağımız da azarkeşlərimiz üçün hədiyyə olar. Rəqib komandanın baş məşqçisi İvaylo Petevin gəncləri meydana buraxmağa hazırlaşması bizim üçün nəyisə dəyişmir. Çünki hazırda bu komandada olan futbolçular da böyük potensiala malikdirlər. Fikrimcə, onlara qarşı oynamaq daha çətin olacaq. Çünki onlar da böyük istəklə oynayacaqlar".
