13 oktyabr 2015 18:00

Ruslan Qurbanov: Sofiyada uduzmamağa çalışacağıq

Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı səfər oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Bolqarıstanla oyuna hazırsınız?
- Əlbəttə. Baxmayaraq ki, İtaliya ilə oyundan sonra müəyyən yorğunluq var.

- Sofiyada hansı nəticəyə ümid edirsiniz?
- Bu oyunda ən azı uduzmamağa çalışacağıq. İmkan olarsa, qələbəyə oynayacağıq. Seçmə mərhələni major notlarla başa vurmaq istəyirik.

- Bolqarlara Bakıda məğlub olmuşdunuz. Qisas hissi var?
- Öz oyunumuzu sərgiləyib, uğurlu nəticə qazanmağa çalışacağıq. Bunun üçün sonadək mübarizə aparacağıq.

- İtaliya ilə oyun barədə nə deyə bilərsiniz?
- Çox ağır oyun oldu. Azarkeşlər tərəfindən möhtəşəm dəstək var idi. Oyuna gələn hər kəsə təşəkkürümü bildirirəm. Biz oyuna pis başlamamışdıq. Amma təəssüf ki, erkən qol buraxdıq. Yaxşı ki, buna vaxtında cavab verə bildik. Amma heç-heçə hesabını fasiləyə qədər qoruya bilmədik. İtaliya növbəti dəfə göstərdi ki, əbəs yerə dördqat dünya çempionu deyil.

- Yığmamız niyə effektli hücumlar qura bilmirdi?
- Biz hücum qurmaqdan qorxmurduq. Sadəcə, hər şey bizim istədiyimiz kimi alınmırdı. Çox çalışsaq da, təəssüf ki, uğursuz alındı.

- İtaliyaya vurulan yeganə qolda sizin də xidmətiniz oldu...
- Həmin epizodda sonadək mübarizə apardım və təkbətək mübarizədən qalib ayrıldım. Dmitri Nazarova sadəcə, qapıya dəqiq zərbə vurmaq qalırdı ki, o da bunu bacardı.

- Yığmamız hələ İtaliya kimi rəqiblərdən xal ala biləcək gücdə deyil?
- Azarkeşlərimizi sevindirməyi çox istəyirdik. Bunun üçün böyük istək var idi. Amma rəqibin səviyyəcə daha üstün olması həlledici oldu. İtaliya doğrudan da çox güclü rəqibdir. Antonio Konte superkomanda formalaşdırıb. Onlara Fransada keçiriləcək Avropa çempionatında uğurlar arzulayıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.