Elxan Abdullayev: Bu gün oyunumuz alınsa, qələbə də olacaq
Azərbaycan yığmasının məşqçisi Elxan Abdullayev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Bolqarıstanla oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İtaliya oyun yığmamızdan çox güc aldı. Üç gün sonra daha bir oyuna çıxmaq çox çətindir. Amma Bolqarıstan yığması da bizimlə eyni gündə Xorvatiya ilə qarşılaşmışdı. Bu oyuna hazırlaşmaq üçün az da olsa, vaxtımız vardı. Şübhəsiz ki, Sofiyaya uduzmağa gəlməmişik. Bolqarıstan İtaliya deyil. Nəzərə alsaq ki, qazanılacaq qələbə sayəsində bolqarları turnir cədvəlində qabaqlaya bilərik, buna nail olmaq çox yaxşı olardı. Seçmə mərhələni dördüncü pillədə başa vurmaq da bir nəticədir. Biz öz oyunumuzu oynayacağıq. Oyunumuz alınsa, nəticə də gələcək".
