14 oktyabr 2015 01:35

Millimiz seçmə mərhələyə məğlubiyyətlə yekun vurdu

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, yığmamız AÇ-2016-nın seçmə mərhələsindəki sonuncu - onuncu oyununda Bolqarıstanın qonağı olub.

Qeyd edək ki, Bolqarıstan Azərbaycan yığması üçün tanış rəqib idi. Belə ki, millimiz 2004-cü ildə bu komanda ilə Bakıda yoxlama oyunu keçirib. Həmin görüş qolsuz başa çatıb. Komandalar arasında bu seçmə mərhələ çərçivəsində baş tutan ilk rəsmi qarşılaşmada isə bolqarlar Bakıda 2:1 hesablı qələbəyə sevinmişdilər. İndi millimiz ilk dəfə bu rəqibinə qalib gəlmək şansına malik idi. Amma çox təəssüf ki, bolqarlar bu dəfə iki cavabsız qolla üstün olublar və millimizin qisas almaq, seçmə mərhələyə uğurlu nəticə ilə yekun vurmaq arzusu gerçəkləşməyib.

Əslində, bolqarlar millimizlə görüşdə aşkar favorit idilər. Azərbaycan yığmasının bu rəqibdən hətta 1 xal alması da uğur kimi qiymətləndiriləcəkdi. Amma təbii ki, millimiz qələbə qazanmaqla çox böyük sürprizə də imza ata bilərdi. Düzdür, mümkün qələbə yığmamıza hansısa ciddi uğur qazandırmayacaqdı. Lakin komandamız ən azı 3 xal qazanmaqla bolqarları turnir cədvəlində qabaqlaması mümkün idi. Məğlubiyyət nəticəsində komandamız elə 5-ci pillədə qalıb.

AÇ-2016-nın seçmə mərhələsi
H qrupu

13 oktyabr

Bolqarıstan - Azərbaycan - 2:0 (1:0)
Qollar: M.Aleksandrov, 20 (1:0). D.Rangelov, 56 (2:0).
Sarı vərəqə: İ.İvanov, 15. R.Sadıqov, 48. R.Əmirquliyev, 77. Q.Qarayev, 79. D.Rangelov, 79. S.Dyakov, 83. G.Milanov, 90.
Baş hakim: Tamaş Boqnar (Macarıstan).
Sofiya. "Vasil Levski" stadionu.

Bolqarıstan: 1. Bojidar Mitrev, 3. Aleksandr Aleksandrov, 5. İvo İvanov, 6. Yordan Minev, 20. Jivko Milanov, 7. Mixail Aleksandrov (16. Simeon Slavçev, 80), 10. İvelin Popov (11. Ventsislav Xristov, 65), 17. Georgi Milanov, 21. Svetoslav Dyakov (k), 23. Xristo Zlatinski, 8. Dimitar Rangelov (22. Todor Nedelev, 88).
Ehtiyat oyunçular: 13. Blaqoy Makendjiyev, 12. Plamen İliyev, 2. Straxil Popov, 4. Asen Georgiyev, 15. İvan İvanov, 18. Anton Nedyalkov, 9. Anton Karaxanakov, 14. Georgi Kostadinov, 19. Aleksandr Tonev.
Baş məşqçi: İvaylo Petev.
Azərbaycan: 1. Kamran Ağayev, 5. Maksim Medvedev (21. Arif Daşdəmirov, 62), 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov, 20. Məhəmməd Mirzəbəyov, 2. Qara Qarayev (8. Eddi İsrafilov, 81), 13. Dmitri Nazarov, 19. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 10. Ruslan Qurbanov, 17. Elnur Cəfərov (11. Toğrul Erat, 67).
Ehtiyat oyunçular: 23. Anar Nəzirov, 12. Aqil Məmmədov, 4. Pavel Paşayev, 16. Tərlan Quliyev, 6. Rəşad Sadiqov, 9. Elvin Məmmədov, 18. Rəhman Hacıyev.
Baş məşqçi: Robert Prosineçki.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.