13 oktyabr 2015 00:05

Seçmə mərhələdə son matç və 4-cü olmaq şansı

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti matçına çıxacaq. Azerisport.az xəbər verir ki, yığmamız AÇ-2016-nın seçmə mərhələsindəki sonuncu - onuncu oyununda Bolqarıstanın qonağı olacaq.

Qeyd edək ki, Bolqarıstan Azərbaycan yığması üçün tanış rəqibdir. Belə ki, millimiz 2004-cü ildə bu komanda ilə Bakıda yoxlama oyunu keçirib. Həmin görüş qolsuz başa çatıb. Komandalar arasında bu seçmə mərhələ çərçivəsində baş tutan ilk rəsmi qarşılaşmada isə bolqarlar Bakıda 2:1 hesablı qələbəyə sevinmişdilər. İndi millimiz ilk dəfə bu rəqibinə qalib gəlmək şansına malikdir.

Bolqarıstan yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində 78-ci yeri tutur. Azərbaycan isə bu rəqibindən xeyli gerirdə - 105-ci pillədə qərarlaşıb. Bolqarıstan millisinə yerli mütəxəssis İvaylo Petev başçılıq edir. 40 yaşlı məşqçi bu ildən etibarən sözügedən komandanı çalışdırır. 2009-cu ildən məşqçilik edən mütəxəssis yerli "Lyubimets", "Ludoqorets", "Levski" komandaları ilə yanaşı, Kipr "AEL Limassol"unda da baş məşqçi olub.

Qeyd edək ki, cari seçmə mərhələdə millimiz startda Bolqarıstana (1:2) evdə, İtaliya (1:2) və Xorvatiyaya (0:6) səfərdə məğlub olarkən (1:2), Norveçlə Bakıdakı görüşdə də minimal hesablı məğlubiyyətlə üzləşib - 0:1. Yalnız Robert Prosineçkinin Berti Foqtsu əvəzləməsindən sonra millimizin nəticələrində müsbətə doğru dəyişiklik oldu. Belə ki, evdə Maltaya qalib gələn (2:0) futbolçularımız səfərdə həm bu komandadan (2:2), həm də Norveçdən xal alıb - 0:0. Eyni zamanda Xorvatiya ilə ev oyununda da uduzmaması (0:0) millimiz üçün sürpriz nəticələrdən biri kimi qeydə alınıb. Prosineçkili millimizin uğurlu çıxışına yalnız üç gün öncə baş tutan İtaliya ilə ev oyununda son qoyuldu - 1:3. Bütün bu nəticələrdən sonra Azərbaycan 6 xalla qrupunda yalnız Maltadan öndə - 5-ci pillədə qərarlaşıb.

Bolqarıstan yığmasının cari seçmə mərhələdəki çıxışına gəlincə, bu komanda tsiklin əvvəlki doqquz oyunundan iki qələbə, iki heç-heçə və beş məğlubiyyətlə ayrılıb. Qələbələrdən biri Bakıda millimizlə (2:1), digər isə Malta ilə (1:0) səfər oynunda qeydə alınıb. Bolqarların heç-heçələri isə Malta (1:1) və İtaliya ilə (2:2) ev oyunlarına təsadüf edib. Qalan görüşlərdə bu komanda Xorvatiyaya (evdə 0:1, səfərdə 0:3), Norveçə (evdə 0:1, səfərdə 1:2) və İtaliyaya (səfərdə 0:1) uduzub. Bu nəticələrdən sonra Bolqarıstan 8 xalla H qrupunda dördüncü pillədə qərarlaşıb.

Bolqarlar millimizlə görüşdə aşkar favoritdir. Azərbaycan yığmasının bu rəqibdən hətta 1 xal alması da uğur kimi qiymətləndiriləcək. Amma təbii ki, millimiz qələbə qazanmaqla çox böyük sürprizə də imza ata bilər. Düzdür, mümkün qələbə yığmamıza hansısa ciddi uğur qazandırmayacaq. Lakin komandamız ən azı 3 xal qazanmaqla bolqarları turnir cədvəlində qabaqlaya bilər.

Bolqarlarla qarşılaşma Azərbaycan millisinin 2015-ci ildə 8-ci oyunu olacaq. Yığmamız bu il altıncı rəsmi oyununa çıxır. Əvvəlki rəsmi oyunlarda yığmamız Bakıda Maltaya qalib gəlib (2:0), səfərdə Norveçdən (0:0) və maltalılardan (2:2) xal alıb. Daha bir rəsmi oyunda isə Xorvatiya ilə Bakıda qolsuz heç-heçəyə razılaşmışıq. Üç gün öncə də İtaliyaya doğma meydanda 1:3 hesabıyla uduzduq. Digər iki oyun isə yoxlama görüşləridir. Fevralın 24-də Antalyada Ukraynanın "Şaxtyor" (Donetsk) komandası ilə qarşılaşma millimizin 1:2 hesablı məğlubiyyəti ilə bitmişdi. Serbiya ilə qarşılaşmada isə böyük hesablı məğlubiyyət qeydə alınmışdı - 1:4.

Sonda onu da qeyd edək ki, yığmamız bu gün tarixi ərzində 218-ci matçına çıxacaq. İndiyəqədərki oyunların 39-da qələbə qazanmışıqsa, 59-da da heç-heçə ilə təsəlli tapmışıq. 119 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 154 qol vurduğumuz halda, öz qapımızdan 372 top çıxarmışıq.

AÇ-2016-nın seçmə mərhələsi
H qrupu

13 oktyabr

23:45. Azərbaycan - İtaliya
Baş hakim: Tamaş Boqnar (Macarıstan).
Sofiya. "Vasil Levski" stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.