12 oktyabr 2015 20:00

Georgi Nikolov: Azərbaycanı tərk edə bilmirəm

"İnter"in prezidenti Georgi Nikolov Bolqarıstan mətbuatına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Bolqarıstan - Azərbaycan matçını izləməyə gəlməyəcəksiniz? Azərbaycan mətbuatında yazılanlara inansaq, sizin ölkəni tərk etməyinizə qadağa qoyulub?
- Bolqarıstan - Azərbaycan matçını həqiqətən də izləmək istəyirdim. Lakin şəxsən mənimlə bağlı maneə var. Belə ki, məni şahid kimi Azərbaycan Daxili İşlər Nazirliyinə çağırdılar. Məhz şahid kimi mənə tapşırdılar ki, ölkəni tərk edə bilmərəm.

- Deməli, sizi heç nədə ittiham etmirlər və sadəcə, şahidsiniz?
- Doğrudur. Sadəcə, Azərbaycan Daxili İşlər Nazirliyindən "şahid olduğun üçün burada qalmalısan" dedilər. Çünki istintaq gedir.

- Sizin heç nədə günahınız olmadığı halda ölkəni tərk etməyinizə qadağa qoyulması qəribə deyilmi?
- Bəli. Həm də mən bilirəm ki, Azərbaycan və Bolqarıstan arasında hüquq və məhkəmə proseduru sahəsində əməkdaşlıq müqaviləsi var. Yəni mən Bolqarıstanda da şahid ola bilərəm. Üstəlik, Azərbaycanda qalma müddətim də başa çatmaqdadır və vəziyyət mürəkkəbdir. Gedə də bilmirəm, qala da. İki gün öncə miqrasiya orqanları vizamın müddətini uzatmaq üçün sənədlərimi aldı. Lakin mənim buraxılmağıma razılıq verib-verməyəcəkləri dəqiq bilinmir.

- Siz hələ də "İnter"in prezidentisiniz?
- Bəli. Sizinlə də məhz öz ofisimdən söhbət edirəm. Mənim öhdəliklərim var və bunu yerinə yetirməliyəm.

- Klubdakı vəziyyəti nəzərə alsaq, getməyi arzulayırsınız, ya qalmağı?
- Klubun sahibinin dəyişmə prosesi gedir. Tezliklə bu proses yekunlaşacaq. Klubun yeni sahibkar yeni komanda qurmaq arzusunda ola bilər. Belə olan halda Azərbaycanı tərk etməkdən başqa çarəm qalmayacaq.

- Bu məsələ ilə bağlı ali orqanlara müraciət etmisiniz?
- Bolqarıstanın Azərbaycandakı səfirliyinə hələ avqustun əvvəllərində müraciət etmişdim. Səfir Mayya Xristova problemin həlli üçün əlindən gələni edəcəyini bildirdi. O, həmçinin məktubla Bolqarıstan Xarici İşlər Nazirliyini məlumatlandıracağını da söylədi.  

- Nəticəsi nə oldu?
- Hələ gözləyirəm.

- Nəyə ümid edirsiniz ki?
- Bakının hüquq institutlarından ədalətli və düşünülmüş qərara. Eyni zamanda Bolqarıstan hökumətindən də kömək gözləyirəm.

- Azərbaycanda hansısa probleminiz olmuşdu?
- Xeyr, heç vaxt. Əksinə, yerli əhali və qurumlarla isti münasibətlərimiz olub. İş prosesində daim onların tam dəstəyini hiss etmişəm. Burada çoxlu dostum var. Amma son baş verənlər... Klubun təsisçisi və sahibi olan bankla holdinqin idarəçiliyində dəyişiklik edildi, audit və araşdırmalara başlanıldı. Beləliklə, klub bankın sahiblik etdiyi təşkilatlar siyahısına düşdü. Bu, mənimlə bağlı yaranmış situasiyanın səbəbidir.

- Sizi ən çox narahat edən nədir?
- Narahatlığım qeyri-müəyyən durumda olmağımla bağlıdır. Hər bir ölkədə olduğu kimi, burada da yaşamaq üçün razılıq olmaldıır. Amma hələ razılıq verilməyib. Bundan başqa, ölkəni tərk edərək şəxsi və işgüzar məsələlərlə bağlı səfərlərdə ola bilmirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.