12 oktyabr 2015 18:15

Ağasəlim Mircavadov: Baş məşqçinin qalıb-qalmayacağına AFFA rəhbərliyi qərar verəcək

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun azerisport.az saytına müsahibəsi

- Öncə Azərbaycan - İtaliya matçı ilə bağlı fikirlərinizi bilmək istəyərdik...
- Mən də stadiondaydım. Arena çox gözəldir. Amma Bakı Olimpiya stadionunda futbol matçlarının təşkili baxımından çatışmazlıqlar da var. Məsələn, tribunalar meydana çox uzaqdır. Oyuna gəlincə, uşaqlar bacardıqlarını nümayiş etdirdilər. Qol vurmaq üçün şanslarımız oldu. Amma çox asan qollar buraxdıq. İki qol mərkəzdən qurulan hücumlar nəticəsində vuruldu. Baxmayaraq ki, rəqib xüsusi pressinq tətbiq etmirdi. Biz ideal qol vurduq. O qədər səhvə yol verməsəydik, üç qol buraxmaya bilərdik.

- Bu səhvlər olmasa, millimiz Bolqarıstana qalib gələ bilər?
- Çatışmazlıq ondan ibarətdir ki, oyunlar arasında çox az fasilə var. Tez bərpa olunmaq lazımdır. Komandamız buna nail ola bilsə, uğur qazana bilər.

- Bolqarların baş məşqçisi bildirib ki, Azərbaycanla oyunda gənclərə şans verəcək...
- Gəlin rəqib baş məşqçinin sözlərinə inanmayaq. O, çox söz danışa bilər. Buna böyük önəm vermək əvəzinə, özümüz ciddi hazırlaşmalıyıq. Tarixdə bizim kimə qarşı oynadığımız yox, nəticə qalacaq.

- Azərbaycanın gənclərdən ibarət yığma komandası Avstriyaya 0:7 hesabıyla uduzdu. Yaşar Vahabzadənin U-21 yığmasının baş məşqçisi postuna Məşqçilər Komitəsinin rəyi sayəsində təyin olunduğunu nəzərə alsaq, siz də məsuliyyət daşıyırsınız. Razısınız?
- Bəli, bu nəticəyə görə biz də məsuliyyət daşıyırıq. Biz Vahabzadəni dəstəkləyəcəyik. Unutmayaq ki, o, 10 ildən çoxdur gənclərlə çalışır. Onun bu sahədə böyük təcrübəsi var. Amma Vahabzadə Məşqçilər Komitəsinin təklif etdiyi dörd namizəddən biri idi.

- Belə nəticə gözləyirdiniz?
- Təbii ki, yox. Qeyd etmək lazımdır ki, müxtəlif səbəblərdən yığmamızın yeddi üzvü komanda ilə birgə səfərə yollana bilməmişdi. Həmin oyunçularla da söhbətim olub. İkisi zədəlidir. Baş məşqçinin heyətlə bağlı problemləri var idi. Amma bu, belə məğlubiyyətə haqq qazandıra bilməz. Vahabzadə komandanın ilk yarıda yaxşı çıxış etdiyini bildirdi. Hər şey ikinci hissədə baş verib.

- Vahabzadə istefaya göndərilə bilər?
- Buna artıq AFFA rəhbərliyi qərar verəcək. Sabah yığmamızı Finlandiya ilə oyun gözləyir. Biz də komanda ilə olacağıq, söhbət edəcəyik. Amma bu, sadəcə, komandaya oyun öncəsi dəstək vermək üçündür. Vahabzadənin bundan sonra da yığmada çalışıb-çalışmayacağına isə AFFA rəhbərliyi qərar verməlidir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.