12 oktyabr 2015 17:15
Sakit Alıyev vəfat edib
"Turan"ın sabiq baş məşqçsi Sakit Alıyev bu gün dünyasını dəyişib. Azerisport.az xəbər verir ki, o, ağır sürən xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, Alıyev karyerası ərzində iki klubda - "Turan"da və "Kəpəz"də çıxış edib. O, həmçinin Azərbaycan yığmasında da bir oyun keçirib.
Dekabr ayında Alıyevin 50 yaşı tamam olacaqdı.
Allah rəhmət eləsin!
