12 oktyabr 2015 16:00
İsgəndər Cavadov: Sofiyada qələbə qazanmağımız daha yaxşı olardı
Veteran futbolçumuz İsgəndər Cavadov Azərbaycan yığmasının AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bolqarıstan İtaliya deyil. Bizim bu komandanı səfərdə məğlub etmək şansımız var. Bu qələbə millimizin növbəti seçmə mərhələyə daha yaxşı hazırlaşmasına kömək edə bilər. Fikrimcə, biz Sofiyada ən azı heç-heçəyə oynaya bilərik. Amma qələbə qazanmağımız daha yaxşı olardı".
