12 oktyabr 2015 15:45
Arif Əsədov: Robert Prosineçki özü bəyan edib ki, qələbə qazanmaq istəyir
Azərbaycanlı futbol mütəxəsssi Arif Əsədov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, İtaliyaya Bakıdakı görüşdə məğlubiyyətdən də söz açıb:
"Azərbaycan yığmasının İtaliyay qalib gələcəyini çox az adam gözləyirdi. Robert Prosineçki növbəti tsikl üçün komanda hazırlayır. Bu, hələ ki, onda pis alınmır. Qarşıda seçmə mərhələnin son turu çərçivəsində Bolqarıstanla oyun var. Çətin olacaq. Amma bu görüş rəqib üçün də ciddi əhəmiyyət kəsb etmir. Ciddi prinsipiallığın olmadığını nəzərə alsaq, yığmamız Sofiyada uğurlu çıxış edə bilər. Prosineçki özü də bəyan edib ki, bolqarlara qarşı gəncləri meydana buraxmaq fikrində deyil, qələbə qazanmaq istəyir".
