12 oktyabr 2015 15:30
Adrian Skarlatake: XL indi elə də yaxşı komanda deyil
"Xəzər Lənkəran"ın müdafiəçisi Adrian Skarlatake Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Qəbələ"yə 0:7 hesablı məğlubiyyəti şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Matçın elə ilk saniyələrində gülməli qol buraxdıq. Artıq ondan sonra heç nə istədiyimiz kimi getmədi. Səhvləri təkrarlamağa başladıq, rəqib isə daha beş qol vurdu. Real danışmaq lazımdır: biz indi elə də yaxşı komanda deyilik və bu baxımdan "Qəbələ"dən fərqlənirik. Onlar Avropa Liqasında oynayırlar, geniş heyətə malikdirlər. Amma bizdə hər şey tam fərqlidir. 1-2 legionerimiz var, vəssalam. Düzünü deyim ki, karyeramda belə ağır məğlubiyyətlə üzləşməmişdim".
