12 oktyabr 2015 15:15
Bədavi Hüseynov: Qırmızı vərəqə almaq istəmirdim
Azərbaycan yığmasının müdafiəçisi Bədavi Hüseynov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı oyunda (1:3) aldığı qırmızı vərəqəyə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qırmızı vərəqə almaq istəmirdim. Sadəcə, Covinkonu sürətdə qabaqlamaq istəyirdim. Amma o, o dəqiqə yıxıldı və hakim birbaşa qırmızı vərəqə göstərdi".
