12 oktyabr 2015 14:45
AFFA-nın xanım əməkdaşına beynəlxalq təyinat
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı Könül Mehtiyeva Qadınlardan ibarət komandalar arasında UEFA Çempionlar Liqasının 1/32 final mərhələsinin oyununa təyinat alıb. Azerisport.az xəbər verir ki, o, oktyabrın 15-də Rusiyanın Ximki şəhərindəki “Rodina” stadionunda keçiriləcək “Zorki” (Rusiya) – “Atletiko" (Madrid, İspaniya) qarşılaşmasının UEFA nümayəndəsi olacaq.
