12 oktyabr 2015 14:00

Ruslan Abışov: Rəşad Sadıqovun yığmadan getməsini istəməzdim

Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun azerisport.az saytına müsahibəsi

- AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində son oyun Bolqarıstana qarşı olacaq. Bu oyunla bağlı nə deyə bilərsiniz?
- Çətin oyun olacaq. Amma biz nəticə qazanmaq istəyirik.

- Rəqib komandanın baş məşqçisi İvaylo Petev gənclərə şans verəcəyini deyib. Bu, yığmamız üçün üstünlük sayıla bilər?
- Həmin oyunçular yığmaya çağırılıblarsa, deməli, buna layiqdirlər. Yığmaya həmişə hazırlıqlı futbolçular dəvət olunur. Meydana kimin çıxmasından asılı olmayaraq, hər kəs özünü yaxşı tərəfdən göstərmək istəyir.

- Yığmamızdan Bolqarıstan üzərində qələbə gözləməyə dəyər?
- Bu, futboldur. Mümkünsüz heç nə yoxdur. Biz meydana uğurlu nəticə üçün çıxacağıq.

- Bolqarlar son turda Xorvatiyaya 0:3 hesabıyla uduzublar...
- Onlar da uduzublar, biz də. Turnir cədvəli baxımından bu oyun xüsusi əhəmiyyət daşımır. Amma tsikli uğurlu nəticə ilə başa vuracağımıza ümidliyik.

- Bədavi Hüseynovun İtaliya ilə oyunda qırmızı vərəqə alacağını gözləyirdiniz?
- Covinko sürətli futbolçudur. Fikrimcə, hakim qırmızı vərəqə göstərməyə də bilərdi. Çünki Maksim Medvedev topa çatırdı. Belə alındı. Lakin Bədavi yığmamız üçün çox dəyərli futbolçudur.

- Böyük ehtimalla bolqarlarla görüşdə Bədavini siz əvəzləyəcəksiniz. Buna hazırsınız?
- Əlbəttə. Mənə şans versələr, meydana çıxıb komandamıza kömək etməyə hazıram. Robert Prosineçkinin etimadını doğrultmağa çalışacağam.

- Rəşad Sadıqovla yanaşı oynamağı unutmamısınız?
- Onunla uzun müddət birgə çıxış etmişik. Bir-birimizi yaxşı başa düşürük. Amma Bədavi ilə Rəşad "Qarabağ"da da birgə oynayırlar. Təbii ki, bu baxımdan onların tandemi daha uğurludur. Özümü yaxşı tərəfdən göstərməyə və komandamıza faydalı olmağa çalışacağam.

- Yığmada 100-cu oyununu keçirən Rəşad Sadıqov milli karyerasını başa vurmağı düşünür. Sizcə, o, komandada qalmalıdır?
- Rəşadın liderlik keyfiyyətləri var. O, bizim kapitanımızdır. Mən Rəşadın millidən getməsini istəməzdim. Onun yığmada olması bizi çox güclü motivasiya edir. İstərdim ki, Sadıqov yığmadakı karyerasını davam etdirsin.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.