12 oktyabr 2015 12:55

Zirə AZALa uduzdu

“Zirə” Avro-2016-nın seçmə mərhələsinin oyunları ilə bağlı Topaz Premyer Liqasında yaranan fasilədə yoxlama oyunu keçirib.
Azerisport.az xəbər veriri ki, “qartallar” AZAL-la üz-üzə gəliblər.
Baş məşqçi Adil Şükürov start heyətində Kamal Bayramov, Sadiq Quliyev, Yovan Krneta, Aleksandr Şemonayev, Çimezi Mbah, Luis Alberto, Tərzin Cahangirov, Viktor İqbekoyi, İqor İvanoviç, Rəşad Avdullayev və Rihairo Muelensə şans vermişdi. Fasilədən sonra isə demək olar bütün komanda dəyişdi və Elməddin Məmmədov, Ruslan Cəfərov, Hacı Əhmədov, Təmkin Xəlilzadə, Eltun Hüseynov, Dieqo de Souza, Eduardo da Konseysao, Nicat Qurbanov, İlqar Hüseynov, Nurlan Novruzov və Vüsal İsgəndərli meydana daxil oldu.
Milli komandalarda olan futbolçularımız, Anar Nəzirov, Adil Nağıyev, Tellur Mütəllimov və Nelson Bonilla oyunda iştirak etmədi. Zirə İdman Kompleksində keçirilən oyun qonaqların 1-0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanın əvvəllərində AZAL hesabı açıb.
Oyun ərzində daha çox üstünlüyə malik olan komandamız isə bu üstünlüyü hesabda əks etdirə bilməyib. Görüşün 2-ci hissəsində Nicat Qurbanova qarşı edilən kobudluğa görə təyin olunan penaltini yerinə yetirən Təmkin Xəlilzadə qapı dirəyini “nişan alıb”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.