12 oktyabr 2015 11:30
Yığmamız Sloveniyada qələbə qazandı
Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Azerisport.az xəbər verir ki, “Celje” klubunun U-19 komandası ilə qarşılaşan yığmamız böyükhesablı qələbə qazanıb – 5:0. Qolları Emil Həsənzadə, Qara Qarayev, Fərid Kərimzadə, Rəsul Babazadə və Xəyal Nəcəfov vurub. (AFFA)
