12 oktyabr 2015 00:45
"Azərbaycan yığmasına qalib gələcəyimizə ümid edirəm"
Bolqarıstan yığmasının yarımmüdafiəçisi Xristo Zlatinski AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Azərbaycan yığmasına qalib gələcəyimizə ümid edirəm. Bu, komandamızın son uğursuzluqlarını unutdurmağa kömək edəcək".
Qeyd edək ki, Bolqarıstan - Azərbaycan matçı oktyabrın 13-də Sofiyadakı "Vasil Levski" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
