12 oktyabr 2015 00:35
Rəvanın futbolçusu oynadı, komandası məğlub oldu
"Rəvan"ın futbolçusu Şeriff Suma milli komandada növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu Sierra Leonenin heyətində Çadla səfər matçında start heyətdə yer alıb və 90 dəqiqə meydanda olub.
DÇ-2018-im seçmə mərhələsi çərçivəsində keçirilən duel meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
