11 oktyabr 2015 19:30
Dmitri Rangelov: Azərbaycan ilə oyun bizim üçün vacibdir
Bolqarıstan yığmasının hücumçusu Dimitar Rangelov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, oktyabrın 13-də baş tutacaq görüşlə bağlı bunları söyləyib:
"Bizim üçün bütün oyunlar vacibdir. Azərbaycanla oyun Bolqarıstan çempionatında çıxış edən futbolçular üçün özlərini göstərmək, bəzi xarici klubların diqqətini çəkmək üçün yaxşı fürsətdir".
