11 oktyabr 2015 19:00
Ruslan Qurbanov: Oyuna pis başlamasaq da, təəssüf ki, erkən qol buraxdıq
Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı keçirilmiş oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, 1:3 hesablı məğlubiyyəti belə şərh edib:
"Ağır oyun oldu. Biz görüşə pis başlamadıq. Amma təəssüf ki, erkən qol buraxdıq. Bizi dəstəkləmək üçün stadiona gələn azarkeşlərə təşəkkürümü bildirirəm. Tribunalardan belə dəstək görmək çox xoş idi".
