11 oktyabr 2015 15:30
Ramin Musayev: Millimizin Bolqarıstana qalib gələcəyinə inanıram
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - İtaliya matçı ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, millimizin 1:3 hesablı məğlubiyyəti ilə bağlı bunları söyləyib:
"Gözəl stadionda oynamaq, yaxşı atmosferi görmək çox xoş idi. Məğlubiyyətə baxmayaraq, Azərbaycan yığmasının oyunu xoşuma gəldi. Bolqarıstanla növbəti oyunda qələbə qazanacağımıza inanıram".
