11 oktyabr 2015 15:00
Kamran Ağayev: Rəqib güclü olsa da, öz meydanımızda uduzmağı sevmirəm
Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı keçirilmiş oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:3 hesablı məğlubiyyəti belə şərh edib:
"Hətta İtaliya kimi rəqibə də uduzmaq çox üzücüdür. Əlbəttə, rəqib çox güclü komandadır. Amma mən öz meydanımızda istənilən rəqibə uduzmağı sevmirəm. Baxmayaraq ki, rəqibimiz dördqat dünya çempionu idi. Biz öz səhvlərimizdən uduzduq".
