11 oktyabr 2015 13:30
Məhəmməd Mirzəbəyov: Biz İtaliya yığmasından çəkinmirdik
Azərbaycan yığmasının müdafiəçisi Məhəmməd Mirzəbəyov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı keçirilmiş oyunla bağlı fikirlərini bölüşüb. O, azerisport.az saytına müsahibəsində millimizin 1:3 hesablı məğlubiyyətini belə şərh edib:
"Çətin oyun olacağını bilirdik. Amma mənim fikrimcə, İtaliya yığması bu tsikldə ən yaxşı oyununu Bakıda göstərdi. Biz isə rəqibdən qətiyyən çəkinmirdik. Komandamız pis oynamadı. Top saxlayırdıq, rəqib qapısına yaxınlaşırdıq. Sadəcə, daha çox qol vura bilməməyimiz təəssüf doğurur. Belə stadionda, bu qədər azarkeş qarşısında uduzmağımız da üzücüdür. Çünki biz onları sevindirmək istəyirdik".
