11 oktyabr 2015 12:40
Stefan Əl Şaaravi: Qələbə bizim üçün çox vacib idi
İtaliya yığmasının futbolçusu Stefan Əl Şaaravi AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyundan (3:1) danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz bu oyunun əhəmiyyətini başa düşürdük. Ona görə də görüşə çox yaxşı hazırlaşmışdıq. Biz xarakter nümayiş etdirdik. Qələbə bizim üçün çox vacib idi. İndi qrupda birinci yeri qorumağa çalışmalıyıq. Doğma meydanda keçirəcəyimiz son oyunda çoxlu azarkeşin olacağına ümid edirik. Bu, bizə qələbə qazanmağa kömək edəcək".
