11 oktyabr 2015 12:00

Rahid Əmirquliyev: Baş məşqçi oyunumuzdan razı qala bilər, amma biz səhvlər etdik

Azərbaycan yığmasının yarımmüdafiəçisi Rahid Əmirquliyev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı oyundan (1:3) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Çətin oyun alındı. Belə olacağını öncədən də bilirdik. Buna baxmayaraq, layiqli oyun sərgiləmək, stadiona gəlmiş çoxsaylı azarkeşlərimizi sevindirmək istəyirdik. Nə bacarırdıqsa, etdik. İtaliya yığmasının imkan verdiyi qədər oynaya bildik.

- Ola bilər ki, siz bu rəqibə qarşı daha yaxşı oynaya bilərdiniz, amma yeni stadionda meydana çıxmağınız buna mane oldu?
- Çətin. Şəxsən məndə heç bir həyəcan yox idi. Sadəcə, rəqib komanda çox güclü idi. Bu, məğlubiyyətimizin yeganə səbəbidir.

- Olimpiya stadionunda oynamaq daha xoşdur, ya Tofiq Bəhramov adına respublika stadionunda?
- Mənim fikrimcə, ən yaxşısı "Bakcell Arena"da oynamaqdır (gülür). Amma ciddi olsaq, bizim oyunumuzu stadionla əlaqələndirməzdim. Bizə qarşı İtaliya yığması oynayırdı.

- Deməli, nəticə oyuna görədir?
- Rəqib bizdən daha yaxşı oynadı və layiqli qələbə qazandı.

- İkinci hissədə siz də qol vurmağa yaxın idiniz...
- Təəssüf ki, alınmadı. Bütövlükdə, qol vəziyyətlərimiz oldu. Onlardan maksimum yararlanmaq istəyirdik. Amma cəmi bir qol vura bildik.

- Bolqarıstana da qarşı belə oynasaq, nəyəsə nail ola bilərik?
- Belə oynasaq, çətin olacaq. Səhvlərimizdən nəticə çıxarmalı, daha yaxşı oynamalıyıq.

- Amma baş məşqçi Robert Prosineçki İtaliyaya qarşı oyundan razı qaldığını deyib...
- O, razı qala bilər. Amma biz öz səhvlərimiz nəticəsində qollar buraxdıq. Belə səhvlərə yol vermək olmaz.

- Bədavi Hüseynovun yoxluğu hiss olunacaq?
- Bizim başqa müdafiəçilərimiz də var. Məsələn, Ruslan Abışov. Bədavinin yoxluğu itkidir, amma Ruslan onu layiqincə əvəz edə bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.