11 oktyabr 2015 01:10

Antonio Konte: Azərbaycan millisi ilə görüş asan oyun deyildi

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – İtaliya oyunundan sonra təşkil olunmuş mətbuat konfransında rəqib komandanın baş məşqçisi Antonio Konte matçla bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, italiyalı mütəxəssis komandasının 3:1 hesablı qələbəsi ilə bağlı bunları söyləyib:

"Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etdik. Futbolçular gərək başa düşsünlər ki, bundan sonra da işləmək lazımdır. İnsanda həmişə ambisiya olmalıdır və bunun hesabına irəli gedilməli, müəyyən məsafə qət edilməlidir. Ümid edirəm ki, final mərhələsində də hər şey yaxşı olacaq. Azərbaycan millisi ilə görüş asan oyun deyildi, bunu hamı bilir. Amma biz öz oyunumuzla bu görüşü özümüz üçün asanlaşdırdıq. O mənada ki, düzgün strategiya qurduq, hücumlar həyata keçirdik. Xoşuma o gəlmədi ki, qol buraxdıq. Oyunu qol buraxmadan tamamlasaydıq, daha yaxşı olardı. Amma komandamızda ruh düşkünlüyü olmadı. Hesab bərabərləşdikdən sonra yenidən irəli atıldıq və daha 2 qol vurmağı bacardıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.