11 oktyabr 2015 00:10
Rahid Əmirquliyev: Yaxşı oyun göstərib, azarkeşlərimizi sevindirmək istəyirdik
Azərbaycan yığmasının yarımmüdafiəçisi Rahid Əmirquliyev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı keçirilmiş oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, “Xəzər Ləkəran”ın şərəfini qoruyan futbolçu millimizin 1:3 hesablı məğlubiyyətini belə şərh edib:
"İtaliya ilə oyunun çətin olacağını bilirdik. Yaxşı oyun göstərmək, stadiona gəlmiş çoxsaylı azarkeşlərimizi sevindirmək istəyirdik. Bacardığımızı etdik, amma təəssüf ki, məğlub olduq".
