10 oktyabr 2015 23:55
Rəşad Sadıqov: İtaliyanın bizə imkan verdiyi qədər oynadıq
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı keçirilmiş oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, “Qarabağ”ın şərəfini qoruyan futbolçu millimizin 1:3 hesablı məğlubiyyətini belə şərh edib:
"Belə rəqiblərlə oyunlarda xal toplamaq çətindir. Biz rəqibin imkan verdiyi qədər oynaya bildik. İtaliya yığması onlarla qarşılaşdığımız 2014-cü illə müqayisədə çox dəyişib. Onlar bu gün bizə hücumlar qurmağa imkan verirdilər".
