10 oktyabr 2015 23:45

Robert Prosineçki: İndi Azərbaycanda ən yaxşı 3 mərkəz müdafiəçisi var

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı keçirilmiş oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis millimizin 1:3 hesablı məğlubiyyətini belə şərh edib:

- Rəqibi təbrik edirəm. Öz futbolçularımı da həmçinin. Çünki uşaqlar sonadək mübarizə apardılar. Səhvlərimiz oldu, rəqib də onlardan yararlandı. Məğlub olmağımıza baxmayaraq, yaxşı oynadıq.

- İlk hissədə yaxşı təsir bağışlayan millimizə ikinci hissədə nə oldu ki?
- İlk yarıda iki səhv buraxdıq. Xüsusilə ikinci qol epizodu zamanı tamamilə lazımsız səhvə yol verdik. Həmin səhvdən sonra oyunumuzda dönüş etmək çətin oldu. Fikrimcə, uşaqlar yaxşı təsir bağışladılar. Bizim üçün belə rəqibə qarşı bu cür oynamaq çox yaxşıdır.

- Ruslan Qurbanov bu gün yenə də hücumda "dişsiz" idi. Toğrul Eratı onun əvəzində daha tez meydana buraxmaq olmazdı?
- Ola bilsin ki, siz haqlısınız, ola bilsin ki, yox. Onun "dişsiz" olduğunu deməzdim. Çünki vurduğumuz qol epizodunda məhz onun iştirakı həlledici oldu. Bizdə təmiz hücumçu yoxdur. Ona görə də bu mövqedə Ruslan oynayır. Siz İtaliya yığmasının üzvlərinin hansı çempionatlarda, klublarda çıxış etdiyini yaxşı bilirsiniz, səviyyə fərqi var. Amma mən yenə də öz futbolçularımdan razı qaldım. Üç gün sonra bizi Sofiyada Bolqarıstanla da çətin səfər oyunu gözləyir.

- Oyundan öncə kapitan Rəşad Sadıqov millidəki karyerasını bitirməyi düşündüyünü dilə gətirmşdi. Siz bu barədə nə düşünürsünüz?
- Hər bir futbolçu ilə ayrıca söhbət edirəm. Ona da Bolqarıstanla oyunu gözləməyi tapşırmışam. Növbəti tsikldə oynayıb-oynamayacağına isə o, özü qərar verməlidir. Sofiyadakı oyundan sonra onunla bir daha söhbət edəcəyəm.

- Rəşad millidən getsə, onu kiminlə əvəzləmək fikrindəsiniz?
- Alternativ variantlar axtaracağıq. Məsələn, Ruslan Abışov "Qəbələ"də mütəmadi oynamağa başlayıb. Azərbaycanda indi üç yaxşı mərkəz müdafiəçisi var - Rəşad Sadıqov, Bədavi Hüseynov və Ruslan Abışov.

- Bu gün qırmızı vərəqə alan Bədavini Bolqarıstanla oyunda kim əvəz edəcək?
- Bolqarlara qarşı Abışov oynayacaq. O, artıq hazırdır.

- Bolqarıstan yığmasının baş məşqçisi İvaylo Petev bəyan edib ki, tsiklin son iki matçında gənclərə şans verəcək. Sizin belə fikriniz yoxdur?
- Bizim gənclərimiz Avstriyada oynadılar. Növbəti oyun üçün mən də bəzi mövqelərdə dəyişikliklər edəcəyəm. Amma biz Sofiyaya oyunçuları yoxlamaq üçün getmirik. Bizə yaxşı oyun və nəticə lazımdır.

- Gənclərdən ibarət yığmamızın Avstriyaya 0:7 hesabıyla uduzduğunu bilirsiniz?
- Təəssüf ki, oyuna baxmamışam. Mən indi 1:3 hesabıyla uduzduğumuz üçün üzülürəmsə, U-21-in baş məşqçisi Yaşar Vahabzadənin özünü necə hiss etdiyini təsəvvür edirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.