10 oktyabr 2015 23:15
Robert Prosineçki: Məğlub olsaq da, yaxşı oynadıq
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı keçirilmiş oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis millimizin 1:3 hesablı məğlubiyyətini belə şərh edib:
"Rəqibi təbrik edirəm. Öz futbolçularımı da həmçinin. Çünki uşaqlar sonadək mübarizə apardılar. Səhvlərimiz oldu, rəqib də onlardan yararlandı. Məğlub olmağımıza baxmayaraq, yaxşı oynadıq".
