10 oktyabr 2015 20:30
Vüqar Əsgərov: Millimizin İtaliyaya qalib gələcəyinə də inanıram
Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Fikrimcə, Azərbaycan yığması bu oyunda yaxşı futbol sərgiləyə bilər. Milli üzvləri də özlərinə inansalar, yaxşı olar. Xorvatiya ilə oyunda futbolçularımız çox yaxşı təsir bağışladılar. Belə bir oyundan sonra əminliklə demək olar ki, komandamız istənilən rəqibdən xal ala bilər. Milliyə azarkeşlik edəcəyəm. İnanıram ki, uşaqlar İtaliyadan xal ala biləcəklər. Mən hətta yığmamızın qələbə qazanmasına da inanıram".
