10 oktyabr 2015 15:00

Məhəmməd Mirzəbəyov: Baş məşqçi İtaliyaya qarşı necə oynamaq lazım olduğunu daha yaxşı bilir

Azərbaycan yığmasının və "Qəbələ"nin müdafiəçisi Məhəmməd Mirzəbəyovun azerisport.az saytına müsahibəsi

- İtaliya ilə oyuna hazırlıq necə keçdi?
- Hər şey yaxşı alındı. Komandamızda böyük motivasiya var. İtaliya ilə oyuna ciddi hazırlaşmışıq.

- Qarşıdakı görüşdən nə gözləyirsiniz?
- Rəqibin çox intizamlı komandası var. Onların oyununu mümkün qədər yaxşı analiz etməyə çalışmışıq. İtaliya yığması barədə çox danışmağa ehtiyac yoxdur. Hamı gözəl bilir ki, bu komanda nə dərəcədə güclüdür.

- Sizcə, bu rəqibdən xal almaq üçün necə oynamaq lazımdır?
- Bunu hamıdan yaxşı Robert Prosineçki bilir.

- Bakı Olimpiya stadionunda oynamaq sizi qorxutmur?
- Belə bir stadionda ilk dəfə meydana çıxmaq oyunun məsuliyyətini və ciddiyətini daha da artırır. Olimpiya stadionunda oynamaq çox xoş olacaq. Əksinə, bu arenada oynamaq bizim xeyrimizə işləyə bilər. Çünki stadiona daha çox azarkeş toplaşacaq. Onlar komandanı qələbəyə səsləyəcəklər.

- Yəqin ki, son turda "Xəzər Lənkəran" üzərində 6:0 hesablı qələbə qazandığınızdan siz bu oyuna daha böyük ruh yüksəkliyi ilə çıxacaqsınız?
- Bizə həmin görüşdə üç xal qazanmaq çox vacib idi. Oyunu yüksək səviyyədə keçirdik. Futbolda belə nəticələr çox olur.

- Məhz bu hesabla qalib gələcəyinizi gözləyirdiniz?
- Biz sadəcə, öz oyunumuzu göstərdik. Amma şübhəsiz ki, altı cavabsız qol vuracağımızı gözləmirdik və buna sevinməmək olmur. Lakin bir daha qeyd edirəm ki, biz oyuna bu qədər qol vurmaq üçün yox, qalib gəlmək üçün çıxmışdıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.