10 oktyabr 2015 14:00
Mixael Qriqoriç: Azərbaycan üzərində layiqli qələbə qazandıq
Avstriyanın U-21 yığmasının hücumçusu Mixael Qriqoriç AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 7:0 hesablı qələbəyə sevinən meydan sahiblərinin üzvü bunları söyləyib:
"Biz bütün oyunboyu matça nəzarət etdik və ələ düşən şanslardan yaxşı yararlandıq. Azərbaycan üzərində layiqli qələbə qazandıq. Artıq növbəti hədəfimiz Finlandiya ilə qarşıdakı oyundan qalib ayrılmaqdır. Belə olan halda Almaniya ilə həlledici görüşə 12 xalla çıxa biləcəyik".
