10 oktyabr 2015 11:00

Samir Əliyev: 2002-ci ildə İtaliya yığmasının ehtiyat oyunçular skamyasında da ulduz futbolçular oturmuşdu

Azərbaycan yığmasının sabiq hücumçusu Samir Əliyev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Azərbaycan - İtaliya matçından nə gözləyirsiniz?
- Maraqlı oyun olacaq. Fikrimcə, yığmamız italyanlara müqavimət göstərə və yaxşı oyun sərgiləyə biləcək. Futbolçularımız son dörd oyunda uduzmamaqlarının təsadüfi olmadığını isbatlamalıdırlar.

- Sizcə, İtaliyadan xal almaq üçün Xorvatiya ilə görüşdəki kimi müdafiə futbolu sərgiləmək lazımdır?
- Fikrimcə, mənim bu barədə nəsə deməyimə ehtiyac yoxdur. Bu, düzgün olmazdı. Yəqin ki, Robert Prosineçki italyanlara qarşı necə oynamaq lazım olduğunu yaxşı bilir. Biz bunu oyunda görəcəyik.

- Belə bir fikir var ki, İtaliya yığması 2002-ci ildə yığmamıza qarşı oynayarkən indikindən daha güclü idi...
- Hər kəsin öz fikri var. Mən də belə düşünürəm ki, 2000-ci illərdə İtaliya yığması daha güclü idi. Əsas heyəti demirəm, hətta ehtiyat oyunçular skamyasında da ulduz futbolçular yer alırdı. Bunu onların gücündə də görmək olurdu.

- İtaliyaya qarşı Bakıdakı görüşü (0:2) necə xatırlayırsınız?
- Həmin oyun artıq tarixin yaddaşına köçüb. Biz uduzsaq da, həmin görüşlə bağlı xoş xatirələrim var. Səhv etmirəmsə, İtaliya yığması o zaman ilk dəfə Bakıya gəlmişdi. Böyük ajiotaj var idi. Oyun da yaxşı keçmişdi.

- Bu dəfə oyun 60 mindən çox azarkeş tutan Bakı Olimpiya stadionunda keçiriləcək. Sizcə, azarkeşlər stadionu doldura biləcəklər?
- Bu, çox xoş olardı. Tam doldura bilməsələr də, ən azı 40-50 min azarkeş gəlsə, bunun özü də yaxşı göstərici sayıla bilər.

- Yığmamızın heyətində İtaliya ilə matçın taleyini həll edə biləcək futbolçular var?
- Kimisə xüsusi fərqləndirmək istəməzdim. Futbol kollektiv oyundur. Mən də millimizdən meydanda kollektiv oyun görmək istəyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.