10 oktyabr 2015 00:20

Fizuli Məmmədov: Fərdi səhvlər olmasa, millimiz İtaliyaya uduzmayacaq

Azərbaycan yığmasının sabiq futbolçusu Fizuli Məmmədov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"İtaliya ilə oyun digərlərindən fərqlənəcək. Ən azından ona görə ki, bizi titullu komanda ilə oyun gözləyir. Düzdür, bir müddət öncə Xorvatiya kimi rəqiblə görüşmüşdük və bu komandanı İtaliyadan zəif hesab etmirəm. Sadəcə, italyanlar onlardan fərqli dördqat dünya çempionudurlar. Komandanın baş məşqçisi Antonio Konteni dünyanın ən yaxşı mütəxəssislərindən hesab edirəm. Onun öz məşqçilik fəlsəfəsi var. Çox intizamlı komandası var. Millimizin italyanlarla oyunu çox gərgin və çətin olacaq. Amma Robert Prosineçkinin də bu oyun üçün öz planları var. Əminəm ki, o, rəqibin oyununu ciddi analiz edib. Komandamız son dörd oyunda məğlub olmayıb. Bu üzdən italyanları da çətin oyun gözləyir. Bunu yəqin ki, Konte özü də başa düşür. Millimizi bu oyunda dəstəkləmək üçün Olimpiya stadionuna çoxlu azarkeş gələcək. Fikrimcə, millimiz taktiki baxımdan rəqibindən geri qalmayacaq. Elə fiziki hazırlıq baxımından da eyni sözləri demək olar. Əsas kobud fərdi səhvlərə yol verməmək lazımdır. Belə səhvlərdən qaça bilsək, Azərbaycan İtaliyaya uduzmayacaq. Erkən qol buraxmasaq, rəqibi gərginlikdə saxlaya bilərik. Futbolçularımıza, məşqçilər korpusuna uğurlar arzulayıram. Ümid edirəm ki, məğlubiyyətsiz oyunlar seriyamız davam edəcək".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.