9 oktyabr 2015 21:40

Neftçi Müşahidə Şurası bu gün nələri müzakirə edib?

Bu gün "Neftçi" PFK-nın inzibati binasında klubun Müşahidə Şurasının növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, görüşdə şura üzvlərinə bir sıra məsələlərlə bağlı hesabat təqdim olunub və gündəlikdə olan məsələlər müzakirə edilib:

1. "Neftçi" PFK-nın əsas komandasının nəticələri və hazırki durumu ilə bağlı hesabat verilib və komandanın son oyunlardakı çıxışı müzakirə olunub.

2. “Neftçi” PFK-nın əvəzedici komandasının çıxışı, futbol akademiyasının fəaliyyəti ilə bağlı hesabat təqdim olunub və aşağı yaş qrupu komandalarının formalaşması müzakirə olunub.

3. Klubun bəzi maliyyə məsələləri müzakirə olunub və gələn həftə yeni titul sponsoru ilə imzalanacaq müqavilə barəsində müzakirələr edilib.

4. Bakının müxtəlif rayonlarında yerləşən məktəblərdə aparılan iş barədə şura üzvlərinə hesabat təqdim edilib.

5. Azarkeşlərlə aparılan iş barədə şura üzvlərinə hesabat verilib və komandanın oyunlarına daha çox azarkeşin cəlb olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

6. “Neftçi” PFK-nın ev oyunlarının təşkli, elektron bilet satışı barədə hesabat verilib və gələcəkdə yeni sayt vasitəsilə onlayn satışın həyata keçirilməsi məqsədəuyğun hesab edilib.

7. “Neftçi” PFK-nın üzvlük kartları layihəsinin icrası ilə bağlı hesabat verilib və layihənin genişləndirilməsi ilə bağlı görüləcək işlər müzakirə edilib. (“Neftçi” PFK indiyədək üzvlük kartlarından 11,428 AZN məbləğində gəlir əldə edib.)

8. “Neftçi” PFK-nın infrakstrukturu ilə bağlı məsələlər müzakirə edilib və yeni baza layihəsinin qısa müddətdə hazırlanması ilə bağlı konkret tapşırıqlar verilib.

9. Braziliyanın “Fluminense” klubunun nümayəndəsinin gələn həftə Bakıya səfəri planı şura üzvlərinə təqdim edilib.

10. Emil Mpenza məsələsi ilə bilavasitə məşğul olan ispaniyalı vəkil Jozef Vandellas iclasda iştirak edib. Təcrübəli vəkil prosesin gedişatı ilə bağlı şura üzvlərinə məlumat verib. Qeyd edək ki, proses üzrə İdman Arbitraj Məhkəməsində (CAS) dinləmələr 22 oktyabr tarixində İsveçrənin Lozanna şəhərində baş tutacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.