9 oktyabr 2015 19:40

Rəşad Sadıqov: Robert Prosineçki millidən getməyə tələsməməyimi tapşırdı

Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında öncə bunları dilə gətirib:

- Sabah biz çox ciddi rəqibə qarşı mübarizə aparacağıq. İtalyanlar bu oyunda qalib gəlib, Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etmək istəyirlər. Bizim isə öz hədəfimiz var. Ona görə də sabah çətin və maraqlı oyun olacağını düşünürəm.

- Sabah millimiz sürprizə imza ta biləcək?
- Bəli, sürpriz edə bilərik. Çünki ciddi hazırlaşırıq. Qarşımıza uduzmamaq hədəfini qoymuşuq. Amma alınsa, qələbə qazanmağa da çalışacağıq.

- Belə bir rəqibə qalib gələ bilsəniz, onun karyeranızda ən yaddaqalan olacağını demək olar?
- Adətən sonuncu uğurlar daha yaddaqalan olur. Ona görə də bu matçda qələbə qazanmağımızı çox istəyirəm. Bu, mənim üçün böyük hədiyyə olar. Amma heç-heçə də yaxşı nəticə olacaq.

- İtaliya yığmasının heyətində kimi xüsusi qeyd edərdiniz?
- Qratsiano Pelleni. O, çox təhlükəli oyunçudur. Bu futbolçunu neytrallaşdırmaq lazımdır. Hücumların 90 faizi onun üzərində qurulur. Əks halda bizə çox çətin olacaq.

- Son dövrlər mətbuatda sizin qocaldığınızı yazırlar...
- Mən onları oxumamışam. Amma ola bilər ki, bir-iki nəfər elə bir şey yazsın. Mən bunlara fikir vermirəm. 33 yaş futbolçu üçün az deyil, mən bunu etiraf edirəm. Yığmada 120-130 oyun keçirməyə gəlincə, buna nail olmaq çətin görünür. Düşünmək lazımdır. Əsas məsələ yığmaya nə dərəcədə faydalı olmağımdır. Tsiklin sonunda bu barədə bir daha düşünəcəyəm. Baxmayaraq ki, bu tsiklin yığma karyeramda sonuncu olacağını düşünürdüm. Bir-iki ay öncə bu planlarımla bağlı baş məşqçi Robert Prosineçki ilə söhbətim oldu. O, mənə yığmadan getməyə tələsməməyi söylədi. Hər şeyə Bolqarıstanla oyundan sonra qərar verəcəyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.