9 oktyabr 2015 19:20

Robert Prosineçki: Sabah müsbət nəticə qazanacağımıza inanıram

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək İtaliya ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bu gün baş tutan mətbuat konfransında öncə bunları söyləyb:

- Komandamız artıq beş gündür bir yerdədir. Məşqlərdən, oyuna hazırlıqdan razıyam. Həmişəki kimi hazırlaşmışıq. Sabah çətin oyun olacağını bilirik. İtaliya güclü komandadır, qrupun lideridir, dördqat dünya çempionudur. Son oyunların ardından futbolçularımızda özünəinam hissi artıb. Bunu hər məşqdə hiss etmək olur. İnanıram ki, sabahkı oyunda da müsbət nəticə qazana biləcəyik.

- Daha çox yaxşı oyun gözləyirsiniz, ya yaxşı nəticə?
- Mənə həm yaxşı oyun, həm də nəticə lazımdır. Xorvatlar da Bakıda qələbə qazanacaqlarını düşünürdülər, amma hər şey əksinə oldu. İtaliya yığmasının da öz oyununu göstərə bilməməsi üçün əlimizdən gələni edəcəyik.

- Siz hər dəfə start heyətini açıqlayırdınız...
- Bəli, açıqlayırdım. Amma bu dəfə bacarmayacağam. Çünki iki futbolçumuzun yüngül zədəsi var. Mən onların son məşqlərdə özlərini necə göstərəcəyinə baxmalıyam. Əks halda indi start heyətimiz hazır olardı. Hər şey qaydasında olsa, meydana Kamran, Bədavi, Rəşad, Arif, Qara, Eddi, Rahid, Dmitri, Ruslan və Əfran çıxacaq.

- Sizinlə Berti Foqtsun komandası arasında hansı fərqlər var?
- Keçmişi xatırlamaq, komandaları müqayisə etmək istəmirəm. Qısa müddət ərzində Azərbaycan yığmasında özünəinam hissini geri qaytarmışıq. Komanda indi daha yaxşı futbol sərgiləyir. Dörd oyundur uduzmuruq, onlardan ikisini səfərdə keçirmişik. Komanda özünü yaxşı tərəfdən göstərməyi bacarır. Hər bir baş məşqçinin öz fəlsəfəsi olur. Görürəm ki, futbolçular məni başa düşürlər və istədiyim kimi oynamağa çalışırlar. Yeri gəlmişkən, eşitdiyimə görə, oyuna 40 min bilet satılıb. Bu, ciddi göstəricidir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.