9 oktyabr 2015 18:00

Fuad Bayramov: Avstriya o qədər də güclü deyil, onlara qalib gələ bilərik

Azərbaycanın gənclərdən ibarət yığma komandasının yarımmüdafiəçisi Fuad Bayramov AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Avstriyaya qarşı keçirəcəkləri səfər oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- U-21 yığmamızı Avstriya ilə oyuna hazır saymaq olar?
- Heyətdə zədəli futbolçularımızın olmasına baxmayaraq, oyuna hazır olduğumuzu demək olar.

- Hədəf qələbə qazanmaqdır, ya bir xal qazanmaq?
- Bakıda keçirilən oyunda biz bu komandaya 0:2 hesabıyla uduzmuşduq. Həmin oyunun videoyazısına bir daha baxmışıq. Sizi əmin edirəm ki, bu komanda elə də güclü deyil. Ona görə də bizim qələbə qazanmağımızın mümkün olmadığını demək düzgün olmazdı. Komanda üzvləri uğur qazanacağımıza inanır.

- Deməli, Bakıdakı məğlubiyyəti unutdurmağa çalışacaqsınız?
- Çalışacağıq ki, həmin uğursuzluğu unutduraq. Bir daha qeyd edirəm ki, bu komandadan xal almaq olar. Avstriyadan ən azı bir xalla qayıda bilərik.

- Bakıdakı oyunda Mixail Qreqoriçi dayandıra bilməmişdiniz və iki qol vurmuşdu. Bu dəfə onu necə saxlamağı düşünürsünüz?
- Siz 11 nömrəli futbolçunu deyirsiniz? Bəli, o çox yaxşı hücumçudur. Rəqib də oyununu məhz onun üzərində qurur. Allah eləsin ki, biz bu dəfə onun qol vurmasına imkan verməyək.

- Komandamızın bu oyundakı şanslarını necə qiymətləndirərdiniz?
- Təxminən 40-ın 60-a.

- Yığmamızın qrupdakı şansları barədə nə düşünürsünüz?
- Biz çox çətin qrupa düşmüşük. Burada bütün rəqiblər digərinə qalib gələcək gücdədir. Biz də mümkün qədər yaxşı nəticə göstərməyə çalışacağıq.

- Rəqiblər sizə yuxarıdan aşağı baxmırlar?
- Düşünmürəm. Düzünü deyim ki, mən belə şey hiss etməmişəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.