9 oktyabr 2015 16:00

Aslan Kərimov: İtaliya ilə oyundan heç-heçə gözləyirəm

Azərbaycan yığmasının sabiq kapitanı Aslan Kərimovun azerisport.az saytına müsahibəsi

- Azərbaycan yığmasının qarşıdakı İtaliya ilə seçmə mərhələ oyunu öncəsi fikirlərinizi bilmək istəyərdik...
- İlk növbədə Bakıya dördqat dünya çempionunun gəldiyini qeyd etmək lazımdır. Həmçinin, oyunun Bakı Olimpiya stadionunda keçirilməsi də çox xoşdur. Çoxlu azarkeş olacaq. Böyük ehtimalla Azərbaycan yığmasının ev oyunlarında rekord azarkeş sayı qeydə alınacaq. Baxmayaraq ki, stadionda boş yerlərin qalması da mümkündür.

- Əgər 60 minlik stadionu doldura bilmiriksə, demək olar ki, bizdə futbolu elə də çox sevmirlər? Çünki Avropa ölkələrində belə arenaları asanlıqla doldururlar...
- Böyük ehtimalla elə də olacaq. Burada çoxlu amillər var. İlk növbədə isə yığmamızın nəticələrini qeyd etmək lazımdır.

- Amma Robert Prosineçkinin gəlişindən sonra nəticələrdə müsbətə doğru dəyişiklik var...
- Deməli, bu nəticələr hələ o qədər də cəlbedici deyil. Əks halda belə böyük arenaları azarkeşlərimiz daha tez doldurardılar. Elə "Qarabağ"ın özü də stadiona azarkeşləri asanlıqla cəlb edə bilmir. Lakin istənilən halda yığmamızın Olimpiya stadionundakı oyununda çoxlu azarkeş olacağına inanıram.

- Bəs oyunun özü barədə nə düşünürsünüz?
- Heyətdə itkilər var. "Qəbələ"dən heyətdə yalnız Arif Daşdəmirov var. "Qarabağ"ın bir neçə oyunçusu meydana çıxa bilər. Bu iki komandanın heyətində avrokuboklarda meydana çıxan futbolçular İtaliya ilə görüşdə millimizə də kömək edə biləcəklər. Belə oyunlarda beynəlxalq təcrübənin olması çox vacibdir.

- Millinin heyətində hazırda hücumçu problemi var...
- Bu, pisdir. Prosineçki hücum futboluna üstünlük verir. Bunun üçün isə yaxşı hücumçuya, "vuran ayağ"a, irəlidə top saxlamağı bacaran futbolçulara ehtiyac var. Bu oyunda hücum xəttində kimlərin meydana çıxacağını deyə bilmərəm. Çətin olacaq.

- İndiki İtaliya yığması əvvəlki kimi təhlükəli deyil. Bu, bizim üçün şans sayıla bilər?
- 13 il öncə qarşılaşdığımız İtaliya ilə indikini müqayisə etsək, ifaçılar baxımından rəqibimiz indi geri qalır. İndiki yığma daha gəncdir, aqressiv oyuna üstünlük verəcək. Mən heç-heçə olacağını düşünürəm. Amma yığmamızın hətta heç-heçəyə nail olması da çox çətin olacaq. Millidə müdafiənin mərkəzini "Qarabağ"lılar təşkil edir. Son oyunlar göstərir ki, güclü komandalarla görüşlərdə yaxşı müdafiə oluna bilirik. Hücumda böyük ehtimalla Ruslan Qurbanov çıxış edəcək. O, yaxşı futbolçudur, amma Malta ilə görüşdə xoş təsir bağışlamadı. İtaliya ilə oyunda elə də çox şansımız olmayacaq. Ona görə də ələ düşən hər şansdan yararlanmaq lazımdır.

- Azərbaycan yığmasında neçə oyun keçirmisiniz?
- Rəsmi 80 oyuna çıxmışam. Amma altı qeyri-rəsmi oyun da keçirmişəm. Səhv etmirəmsə, Rəşad Sadıqovdan sonra yığmada ən çox oyun keçirən ikinci futbolçuyam. Onu İtaliya ilə oyunda 100-cü rəsmi matçına çıxması münasibətilə təbrik edirəm. Bu, böyük nailiyyətdir. 80 oyun keçirmişəm və bunun necə xoş olduğunu yaxşı başa düşürəm. Ümid edirəm ki, Rəşad yığmamızda minimum daha 20 oyun keçirə biləcək. Çünki hazırda onu əvəzləyə biləcək mərkəz müdafiəçimiz yoxdur. Eyni zamanda onun liderlik keyfiyyətləri də yığmamıza çox kömək olur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.