9 oktyabr 2015 13:40

Deon Barton: Belə şans əldə edən hər futbolçuya Azərbaycanda oynamağı məsləhət görərdim

"Qəbələ"nin sabiq hücumçusu Deon Barton 2010-12-ci illərdə bu komandadakı çıxışını xatırlayıb, Azərbaycanla bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, Böyük Britaniya mətbuatına müsahibəsində öncə bunları söyləyib:

"Mənə elə gəlirdi ki, futbolçu karyeram artıq sona yaxınlaşır. "Qəbələ" variantı yarananda özlüyümdə düşündüm ki, "niyə də yox"? O vaxt heç hara getdiyimi təsəvvür belə etmirdim. Amma baş məşqçi Toni Adamsla söhbətləşdim və o, mənə klub, ölkə barədə ətraflı məlumat verdi".

"Azərbaycan doğrudan da gözəl yerdir. Bu ölkədə keçirdiyim iki il ərzində özüm üçün çoxlu yaxşı dost qazandım. Onlarla hələ də əlaqə saxlayıram".

Barton yerli əhali ilə bağlı da danışıb: "Onların həyat tərzi çox fərqlənir. Dini ayinlər orada böyük rol oynayır".

39 yaşlı hücumçu "Qəbələ"də oynadığı dövrlərdə üzləşdiyi maraqlı məqamlardan da söz açıb: "Biz səfər oyunlarına gedərkən avtobus dörd dəfə yolda dayanırdı ki, yerli oyunçular dini ayinlərini yerinə yetirsinlər".

Barton Bakı barədə də söhbət açıb: "Paytaxtı görsəniz, çox təəccüblənəcəksiniz. Mən orada oynamaq şansı qazanan hər bir futbolçuya bunu məsləhət görərdim". (TheFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.