9 oktyabr 2015 12:00

Emilyano Vila: Millinin baş məşqçisi hazırda İnterdə oynadığımı bilir

"İnter"in albaniyalı yarımmüdafiəçisi Emilyano Vilanın azerisport.az saytına müsahibəsi

- Öncə sizin "İnter"ə keçidinizdən danışaq. Necə oldu ki, bu kluba gəldiniz?
- Bir neçə klubdan təklif var idi. Onları diqqətlə analiz etdikdən sonra "İnter" variantını seçdim. Çox yaxşı komandadır. Heyətdə çoxlu güclü futbolçu var. Avropa Liqasında da uğurlu çıxış etdilər. Bütün bunlar diqqətimi çəkdi və "İnter"də oynamaq arzusuna düşdüm. Ümid edirəm ki, "İnter"ə uzun müddət çıxış edəcəyəm və komandaya faydalı olacağam.

- "İnter"də "Qarabağ"a qarşı oyunda debüt etdiniz. Sizin üçün uğursuz bitən bu görüşlə bağlı nə deyə bilərsiniz?
- 64 dəqiqə meydanda oldum. Fikrimcə, debütüm uğurlu alındı. Komandada bütün qərarları baş məşqçi qəbul edir. Mənim də necə oynadığımı o yaxşı bilir. Mən həmişə komandama kömək etməyə hazıram.

- "İnter"in qapısına təyin olunan penalti çox müzakirə edildi...
- Bu barədə heç nə deyə bilmərəm. Çünki mən hakim deyiləm.

- "Qarabağ"da həmyerliniz Ansi Aqolli çıxış edir. Yəqin ki, yaxşı münasibətiniz var...
- Bəli, Aqolli mənim dostumdur. Mən Bakıya təzə gələndə onun mənə çox köməyi dəydi. O, mənə dedi ki, "İnter" böyük komandadır, həmişə çempionluq uğrunda mübarizə aparır.

- Xorvatiya və Yunanıstanda da legioner həyatı yaşamısınız. Azərbaycan çempionatı həmin birinciliklərdən nə ilə fərqlənir? Çətin deyil?
- Xeyr, mən legioner həyatı yaşamağa alışmışam. Fikrimcə, çətin olmayacaq. "İnter"in əsas heyət oyunçularından olmaq istəyirəm. Ümid edirəm ki, alınacaq.

- Albaniya yığmasının baş məşqçisi sizin "İnter"ə keçidinizdən xəbərdardır?
- Son dövrlər yığma komandaya dəvət almıram. Əlbəttə, millidə oynamağı çox istərdim. Baş məşqçi məni yaxşı tanıyır. O da mənim "İnter"ə keçidimdən xəbərdardır. Çünki Albaniya mətbuatı həmin keçidi ətraflı işıqlandırmışdı. Amma ondan sonra aramızda söhbət olmayıb.

- Azərbaycan çempionatı barədə fikirlərinizi də bilmək istərdik...
- "Qarabağ"la oyunda rəqibin nəyə qadir olduğunu gördük. "Qəbələ"yə qalib gəlmişdik. Bütövlükdə, bütün klublar güclüdür. Biz hər bir oyunda maksimum diqqətli olmalıyıq. Çempionatın səviyyəsi də kifayət qədər yüksəkdir. Bütün komandalar bir-birindən xal ala bilərlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.