8 oktyabr 2015 19:30

Samir Abasov: Komanda və ailə olaraq dəstəyə ehtiyacımız var

Bu gün "Sumqayıt" Futbol Klubunda Müşahidə Şurasının iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda komandanın baş məşqçisi Aqil Məmmədovun istefa ərizəsi qəbul edilib və əsas komanda mövsümün sonuna qədər Samir Abasova həvalə edilib.

Adıçəkilən mütəxəssis təyinatı ilə bağlı klubun rəsmi saytına müsahibə verib.

- Müşahidə Şurasının qərarına əsasən, "Sumqayıt" FK-nun baş məşqçisi təyin olundun...
- İclas bitdikdən sonra rəhbərlik mənimlə görüşüb qərarını açıqladı. “Sumqayıt” Futbol Klubunun rəhbərliyinə mənə bu vəzifəni etimad etdiklərinə görə təşəkkür edirəm. Qərarı normal qarşıladım. Çətin olacağını anlayıram. Əvəzedicilərin çempionatı ilə Premyer Liqa arasındakı fərq olduqca böyükdür. Məni olduqca çətin iş gözləyir.

- Sənin üçün "Sumqayıt"ın baş məşqçisi olmaq nə deməkdir?
- Nəinki mənim üçün, düşünürəm ki, bütün veteran futbolçular üçün öz şəhərlərini baş məşqçi kimi təmsil etmək böyük məsuliyyətdir. İnşallah ümidləri doğruldaram.

- Əsas heyətdə ciddi dəyişikliklər olacaqmı, hazırkı vəziyyətdə sizi narahat edən əsas məsələlər hansılardır?
- Qış "transfer pəncərəsi"nə kimi bu suala cavab vermək olduqca çətindir. Lakin bəzi dəyişikliklər labütdür. Sizə bir söz deyim, məşqlərdə özünü doğrultmayan futbolçu olsa, heç qışa qədər də gözləməyəcəyik. Qaldı ki, məni narahat edən əsas məsələ komandanın son vəziyyətidir. Uşaqlarda özünə inam itib. Bunu aradan qaldırmaq vaxt tələb edəcək.

- Köməkçiləriniz kimlər olacaq?
- Qapıçılarla işləyən məşqçi Etibar Tarıverdiyev qalacaq. Onun işi göz qabağındadır. Etibarın bacarığına inanıram. Bundan başqa, əvəzedicidə köməkçim olmuş Vəfadar Quliyev komandada olacaq. Digər köməkçim isə son vaxtlar futboldan uzaq qalmış, vaxtilə bu şəhərin sevilən futbolçularından olmuş Seymur Rəhimov olacaq.

- Lider olan əvəzedicilərdən əsas komandaya cəlb olunan futbolçular olacaqmı?
- Əvəzedici komandada kifayət qədər perspektivli futbolçular var. Artıq il yarımdır ki, bu kollektivlə çalışıram. Adlarını çəkmək istəməzdim, amma 3-4 futbolçu əsas komandaya çağırılacaq. Onu da qeyd edim ki, mütəmadi olaraq B komandadan A komandaya futbolçular dəvət olunacaq. Hətta əsas komandadan da əvəzediciyə gedəcək futbolçular olacaq. Əsas məqsədimiz hər iki komandanın vəhdətini təşkil etmək olacaq.

- Müasir futbolda əsas komandanın baş məşqçiləri həm əvəzedicilər, həm də akademiyanın aşağı yaş qruplarını daim diqqətdə saxlayır. Siz bu baxımdan hansı işləri görəcəksiniz?
- Əvəzedici komanda ilə mütəmadi olaraq işləyəcəyik. Bu əsas iş prinsipimiz olacaq. Akademiyaya bildiyiniz kimi almaniyalı mütəxəssis Frenk Bernhardt rəhbərlik edir. Onunla iş birliyi qurub Sumqayıt futbolunun gələcəyi üçün çalışacağıq. Əsas məqsəd isə akademiyadan əvəzedici komandaya, oradan da əsas komandaya futbolçu yetişmək olacaq.

- Sonda "Sumqayıt" FK azarkeşlərinə nə demək istərdin?
- Sumqayıt azarkeşləri hər zaman özlərindən sözün əsl mənasında söz etdirməyi bacarıb. Bu komandada futbolçu olduğum dönəmdə sevincli və ağır günlərimizdə daim yanımızda olublar, baş məşqçi kimi indi də yanımda olmalarını istəyirəm. Bizim komanda olaraq, ailə olaraq dəstəyə ehtiyacımız var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.