8 oktyabr 2015 17:00

Əsgər Abdullayev: İtaliya ilə oyunda şərtlərin eyni olacağını düşünmürəm

Azərbaycan yığmasının sabiq baş məşqçisi Əsgər Abdullayevin azerisport.az saytına müsahibəsi

- Siz 2002-ci ildə Azərbaycan yığmasının məşqçilər korpusunda İtaliyaya qarşı oyunda (0:2) iştirak etmisiniz. Həmin görüşü necə xatırlayırsınız?
- Həmin dövrdə mən Vaqif Sadıqovun məşqçilər korpusunda idim. Yaxşı oyun göstərdik. Xeyli qol vəziyyəti yaratdıq. Ümid edirəm ki, milli komandamız ən azı yenə də elə oyun sərgiləyəcək, amma yaxşı nəticə qazanmaq şərtilə.

- İtaliya yığması həmin dövrlə müqayisədə çox dəyişib?
- Məncə, onlar 13 il öncə daha güclü idilər. Həm sərgilədikləri oyuna, həm də heyət baxımından. Həmin heyət ulduz futbolçulardan təşkil olunmuşdu. Təsadüfi deyil ki, onlar dörd il sonra dünya çempionu adını qazandılar.

- Bəs qarşıdakı oyundan nə gözləyirsiniz?
- Braziliya, Almaniya və İtaliya hamıdan çox dünya çempionu olub. Bakıya dünyanın ən populyar komandalarından biri gəlir. Böyük ənənələri olan komandadır. Bizim yığmamız isə hazırda yüksəlişdədir. İndi millimizdə psixoloji vəziyyət də düzəlib. Amma rəqibi də düzgün qiymətləndirmək lazımdır.

- Öz meydanımızda italyanlarla heç-heçə etsək, bu, uğurlu nəticə sayıla bilər?
- Proqnoz verməyi sevmirəm. Şübhəsiz ki, heç-heçə yaxşı nəticə olacaq. 13 il öncə uşaqlar meydanda bütün güclərini qoymuşdular. Amma ümid edirəm ki, bu dəfə də elə olacaq və sonda meydanı əliboş tərk etməyəcəklər.

- Azərbaycan - İtaliya matçının Bakı Olimpiya stadionunda keçirilməsi millimizin oyununa nə dərəcədə təsir edə bilər? Komandamızın bu arenada ilk dəfə oynayacağını nəzərə alsaq, şərtlər eyni olacaq...
- Şərtlərin eyni olacağını deməzdim. Çünki bizim tərəfimizdə rəqibdən fərqli güclü azarkeş dəstəyi olacaq. Bu, az əhəmiyyət daşımır. İnanıram ki, azarkeşlərimiz komandamızı yaxşı dəstəkləyəcəklər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.