8 oktyabr 2015 16:00
Sumqayıtın yeni baş məşqçisi bəlli oldu
"Sumqayıt"ın Müşahidə Şurası komandanın baş məşqçisi Aqil Məmmədovun istefasını qəbul edib. Azerisport.az xəbər verir ki, onun əvəzində Samir Abasov komandanın sükanı arxasına gətirilib.
Qeyd edək ki, "Sumqayıt" Premyer Liqanın geridə qalan 7 turunda cəmi 4 xal toplayıb və 9-cu pillədə qərarlaşıb.
